Ana Sayfa > Parlament > Deputat:

Deputat:


Bu gün, 11:30. Yazar: Subhan
Deputat:

Milli Məclisdə çıxışı zamanı deputat Bəhruz Məhərrəmov Qarabağ mövzusunun beynəlxalq müstəvidə yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

aia.az-ın xəbərinə görə, o qeyd edib ki, hazırkı şəraitdə bu məsələnin aktuallığını itirməsinə baxmayaraq, Avropa Parlamentində qərar qəbul edən dairələr tərəfindən süni şəkildə yenidən qabardılır.

Deputat vurğulayıb ki, dünyada “Dağlıq Qarabağ” adlı hər hansı hüquqi və ya siyasi subyekt mövcud deyil. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı heç bir problem yoxdur və olmayıb. Əksinə, Azərbaycan dövləti həmin şəxslərin hüquq və təhlükəsizliyini təmin edib.

Bəhruz Məhərrəmov Azərbaycan Konstitusiyasına istinad edərək bildirib ki, ölkə ərazisində qanuni əsaslarla yaşayan hər kəs sərbəst hərəkət etmək, yaşayış yerini seçmək və ölkəni tərk etmək hüququna malikdir. O əlavə edib ki, Qarabağda yaşayan erməni sakinlərin ölkəni tərk etmək istədikləri halda onların təhlükəsizliyi təmin olunub və ləyaqətli şəkildə köç etmələri üçün bütün zəruri şərait yaradılıb.

Deputat könüllü şəkildə bölgəni tərk edən şəxslərin bu addımının “qovulma” kimi təqdim edilməsini əsassız və absurd adlandırıb. O, eyni zamanda sual edib ki, vaxtilə 1 milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi niyə Avropa Parlamentinin gündəmində olmayıb.

Çıxışının sonunda Bəhruz Məhərrəmov bildirib ki, Avropa Parlamentinin yanaşması selektiv xarakter daşıyır və belə bir qurumun bu gün ədalət mövzusunda mövqe bildirməsi üçün mənəvi əsasları yoxdur.

aia.az
Geri dön