Ana Sayfa > Gündəm > BNA marşrut sahiblərini qapalı görüşə çağırdı - Daşıyıcılara xəbərdarlıq ediləcək

BNA marşrut sahiblərini qapalı görüşə çağırdı - Daşıyıcılara xəbərdarlıq ediləcək


13-03-2017, 13:18. Yazar: admin
BNA marşrut sahiblərini qapalı görüşə çağırdı - Daşıyıcılara xəbərdarlıq ediləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşımada fəaliyyət göstərən marşrutların sahibləri ilə qapalı görüş keçirəcək.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev özəl olaraq Trend-ə bildirib ki, martın 13-də keçiriləcək görüşə jurnalistlər dəvət edilməyib:

"Görüş sərnişindaşımada yol verilən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Görüşdə Agentlik rəhbərliyi tərəfindən daşıyıcılara xəbərdarlıq ediləcək. Onların qarşısında sərnişindaşımada yol verilən qüsurların aradan qaldırılması barədə sərt tələblər qoyulacaq".


AİA.az
Geri dön