Ana Sayfa > Media > Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - Maşınla barter edilir - FOTO

Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - Maşınla barter edilir - FOTO


13-03-2017, 12:41. Yazar: admin
Dünyanın ən bahalı iti Azərbaycanda satışa çıxarıldı - Maşınla barter edilir - FOTO



Azərbaycanda bahalı it satışa çıxarılıb.

AİA.Az baku.ws-ə istinadən xəbər verir ki, dünyanın ən bahalı və ən sədaqətli iti sayılan Tibet Mastiffinin bir cüt dişi və erkəyi satılır.

Elan sahibinin yazdığına görə, əslində, reallıqda itlərin qiyməti daha bahadır:

"Baxa bilmədiyim üçün satıram. Heyvanların sənədləri var. Maşınla barter edə bilərəm. 15 min manata satıram".

Xatırladaq ki, bir müddət öncə Tibet mastif cinsindən olan "İmperator" ləqəbli it Çində 1 miyon 583 min dollara satılıb. "İmperator" hərraca çıxarılan min itdən biri olub. İlkin qiyməti 158 min dollar olaraq müəyyən edilən it rekord qiymətə satılıb.


AİA.az
Geri dön