Ana Sayfa > Şou-biznes > "14 yaşlı qızla hamamda olan oğlana niyə rəhmət oxuyursunuz?"

"14 yaşlı qızla hamamda olan oğlana niyə rəhmət oxuyursunuz?"


Bu gün, 14:40. Yazar: vasif


Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yaydığı video ilə gündəmə gəlib.

aia.az-ın məlumatına görə, o, ötən gün 19 yaşlı oğlan və 14 yaşlı qızın hamamda dəm qazından zəhərlənməsi hadisəsinə sərt münasibət bildirib. Prodüser baş verən hadisənin cəmiyyətdə ciddi narahatlıq doğurmalı olduğunu vurğulayıb və bəzi məqamlara aydınlıq gətirilməsinin vacibliyini qeyd edib.

Tolik çıxışında azyaşlı qızın belə bir vəziyyətdə olması ilə bağlı suallar səsləndirib, valideyn məsuliyyətinin önəmini diqqətə çatdırıb. O, erkən yaşda münasibətlərin və bunun cəmiyyətə təsirinin ciddi problem olduğunu bildirərək, bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Prodüser həmçinin sosial şəbəkələrin gənclərə təsirindən də danışıb. Onun sözlərinə görə, bəzi platformalarda yayılan məzmunlar yeniyetmələrin düşüncəsinə mənfi təsir göstərir və bu kimi hadisələrin artmasına səbəb olur.

Səsləndirilən fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub və ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub.Milli.Az
Geri dön