Ana Sayfa > Özəl > ABŞ İrana qarşı “Dark Eagle” hipersəs raketlərini Yaxın Şərqə yerləşdirməyə hazırlaşır

ABŞ İrana qarşı “Dark Eagle” hipersəs raketlərini Yaxın Şərqə yerləşdirməyə hazırlaşır


Bu gün, 18:00. Yazar: vasif
ABŞ İrana qarşı “Dark Eagle” hipersəs raketlərini Yaxın Şərqə yerləşdirməyə hazırlaşır


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı mümkün əməliyyatlar üçün Yaxın Şərqdə “Dark Eagle” tipli hipersəs raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Pentaqona müraciət edib.

“Bloomberg”in məlumatına görə, hərbi komandanlıq İranın dərinliklərində yerləşən ballistik raket buraxılış məntəqələrini hədəfə almaq üçün daha uzaqmənzilli və sürətli sistemlərə ehtiyac olduğunu bildirib.

Mənbələr qeyd edir ki, İranın mövcud buraxıcı sistemləri ABŞ-nin 480 kilometrədək məsafəni vura bilən dəqiq raketlərinin təsir zonasından kənarda yerləşdirilib. Bu da Vaşinqtonu daha güclü silah sistemlərini regiona gətirməyə sövq edir.

Lakin hələlik Pentaqon tərəfindən bu tələblə bağlı yekun qərar verilməyib. Planın təsdiqlənməsi ABŞ-nin hipersəs raketlərini ilk dəfə real döyüş ssenarisinə yaxın regionda yerləşdirməsi anlamına gələ bilər.
Geri dön