Ana Sayfa > Özəl > ABŞ Almaniyadakı hərbi kontingentini azaltmağı nəzərdən keçirir – Trampdan açıqlama
ABŞ Almaniyadakı hərbi kontingentini azaltmağı nəzərdən keçirir – Trampdan açıqlamaBu gün, 15:00. Yazar: vasif |
|
ABŞ Almaniyada yerləşən hərbi qüvvələrinin sayının azaldılması imkanlarını müzakirə edir. Prezident Donald Tramp “Truth Social” hesabında paylaşım edərək bildirib ki, Almaniyadakı ABŞ qoşunlarının gələcək taleyi ilə bağlı qərar yaxın zamanda veriləcək. Onun sözlərinə görə, kontingentin optimallaşdırılması gündəmdədir. Rəsmi məlumatlara əsasən, hazırda Almaniyada təxminən 36 minə yaxın ABŞ hərbçisi xidmət edir və bu, Avropada ən böyük Amerika hərbi mövcudluğudur. Tramp daha əvvəl Avropadakı bəzi müttəfiqlərin ABŞ-ın Yaxın Şərq siyasətinə və xüsusilə İranla bağlı mümkün əməliyyatlara kifayət qədər dəstək verməməsindən narazılığını ifadə etmişdi. Ekspertlər hesab edir ki, belə bir addım NATO daxilində balansı dəyişə və ABŞ-ın Avropadakı hərbi strategiyasında yeni mərhələnin başlanğıcı ola bilər. Geri dön |