Ana Sayfa > Özəl > ABŞ İrana bağlı yarım milyard dollara yaxın aktivləri blokladı – maliyyə təzyiqi artır

ABŞ İrana bağlı yarım milyard dollara yaxın aktivləri blokladı – maliyyə təzyiqi artır


Bu gün, 14:00. Yazar: vasif


ABŞ İrana bağlı maliyyə şəbəkəsinə qarşı yeni sanksiya və bloklama əməliyyatları həyata keçirib.

ABŞ Maliyyə naziri Skott Bessentin Fox Business-ə açıqlamasına görə, Vaşinqton İranla əlaqəli təxminən 500 milyon dollarlıq aktivləri ələ keçirib və dondurub. Onun sözlərinə əsasən, bu məbləğin böyük hissəsi kriptovalyuta əməliyyatları ilə bağlıdır.

Nazir bildirib ki, son əməliyyatlar çərçivəsində təxminən 350 milyon dollarlıq rəqəmsal aktivlər bloklanıb, daha 100 milyon dollar isə əlavə olaraq dondurulub. Paralel olaraq, İranla əlaqəli bank hesablarına da məhdudiyyətlər tətbiq olunur.

Bessent əvvəlki açıqlamalarında da İranın maliyyə axınlarını izləmək və onun vəsait əldə etmə imkanlarını məhdudlaşdırmaq istiqamətində tədbirlərin davam edəcəyini vurğulamışdı.

Ekspertlər hesab edir ki, bu addımlar ABŞ-nin İran üzərində iqtisadi təzyiq strategiyasının bir hissəsidir və maliyyə kanallarının bağlanması gərginliyi daha da artırır.
Geri dön