Ana Sayfa > Dünya > Gülben Ergenin keçmiş ərinə Hollandiyada hücum etdilər

Gülben Ergenin keçmiş ərinə Hollandiyada hücum etdilər


13-03-2017, 12:20. Yazar: admin
Gülben Ergenin keçmiş ərinə Hollandiyada hücum etdilər


Ötən ilin dekabrında 2 illik evlilikdən sonra yollarını ayıran müğənni Gülben Ergenin eks həyat yoldaşı, "TRT 1"in xəbər aparıcı Erhan Çelik Hollandiyada təzyiqə məruz qalıb.

AİA.Az axşam.az-a istinadən bildirir ki, Hollandiya və Türkiyə arasında yaşanan gərginliyə öz etirazını bildirmək üçün küçələrə çıxan türk vətəndaşlarına polis sərt müdaxilə edib. Həmin anlarda Erhan Çelik də nümayişçilər arasında yer alıb.

Hücumə məruz qalan aparıcı fikirlərini bölüşüb. O bildirib ki, itin hücumuna məruz qalan bir vətəndaş xəstəxanaya deyil, polis bölməsinə aparılıb:

"Həmin uşağı bizə vermədilər. Çox ağladı. Ağrısına fikir vermədilər".


AİA.az
Geri dön