Ana Sayfa > Dünya > Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır

Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır


Dünən, 22:19. Yazar: vasif


Almaniyanın sabiq prezidenti Kristian Vulf Türkiyənin qlobal sistemdə artan rolundan və Berlin-Ankara münasibətlərindəki potensialdan danışıb.

aia.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dünyanın Türkiyəyə ehtiyacı Türkiyənin dünyaya ehtiyacından daha çoxdur və bu münasibətlərin əsasını qarşılıqlı etimad təşkil edir.

Vulf bildirib ki, Almaniyanın Türkiyədə imici hələ də müsbətdir və bu amil iki ölkə arasında əməkdaşlığın genişlənməsi üçün ciddi imkan yaradır.

Sabiq prezident qeyd edib ki, tədarük zəncirlərinin istiqaməti dəyişir və Hörmüz boğazı üzərindən Aralıq dənizi limanlarına doğru axın müşahidə olunur. Bu isə Türkiyənin geosiyasi və strateji əhəmiyyətini daha da artırır.

O əlavə edib ki, Aralıq dənizi limanlarında yüklənmənin artması fonunda Türkiyə həm coğrafi mövqeyi, həm də nisbətən aşağı əmək xərcləri ilə Almaniya üçün cəlbedici tərəfdaşa çevrilir və Berlin bu imkanlardan istifadə etmək niyyətindədir.
Geri dön