Ana Sayfa > Siyasət / Parlament > Almaniya parlament nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Almaniya parlament nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edibBu gün, 15:15. Yazar: azer |
![]() Azərbaycan Respublikasında səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun sədri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti üzvləri aprelin 29-da Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər. Geri dön |