Ana Sayfa > İqtisadiyyat > Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilibBu gün, 14:20. Yazar: Subhan |
![]() Maliyyə Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub. aia.az xəbər verir ki, bu vəzifəyə 63 yaşlı Xalıq Qəhrəman oğlu Rəhmanov təyin edilib. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb. O, 2012-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. aia.az Geri dön |