Ana Sayfa > Özəl > Rubinyan sərt xəbərdarlıq etdi: “Qorxun!” – seçki ərəfəsində gərgin mesaj
Rubinyan sərt xəbərdarlıq etdi: “Qorxun!” – seçki ərəfəsində gərgin mesaj29-04-2026, 10:00. Yazar: vasif |
|
Ermənistanda parlament seçkiləri öncəsi siyasi ritorika kəskinləşməkdə davam edir. Parlamentin vitse-spikeri Ruben Rubinyan xaricdə yaşayan ermənilərə də aid edilən seçki rüşvəti iddiaları ilə bağlı sərt açıqlama verib. O bildirib ki, səs müqabilində rüşvət alan şəxslər istər ölkə daxilində, istərsə də xaricdə olsun, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq və Ermənistana daxil olduqları anda saxlanıla bilərlər. Rubinyan xüsusilə Zvartnots hava limanını misal çəkərək, belə hallara qarşı ciddi nəzarət tətbiq ediləcəyini vurğulayıb. O, bəzi media qurumlarını da tənqid edərək bildirib ki, rüşvət və korrupsiya ilə bağlı xəbərdarlıqlar “qorxu yaratmaq” kimi təqdim olunsa da, bu, qanunsuzluğa qarşı mübarizədir. Rubinyan açıq şəkildə “rüşvət alan da, verən də cəzalandırılacaq” deyib. Vitse-spiker keçmiş dövrlərə də toxunaraq, əvvəlki hakimiyyətlərdə korrupsiya hallarının cəzasız qaldığını, indi isə “sıfır tolerantlıq” siyasəti yürüdüldüyünü bildirib. O, qeyri-qanuni maliyyələşmə ilə bağlı media qurumlarının da araşdırılacağını qeyd edib. Çıxışını isə sərt və qısa mesajla yekunlaşdırıb: “Qorxun!” Geri dön |