Ana Sayfa > Gündəm > SOCAR 7 yeni tanker alıb

SOCAR 7 yeni tanker alıb


13-03-2017, 11:25. Yazar: admin
SOCAR 7 yeni tanker alıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "Palmali" şirkətindən 7 yeni tanker alıb.

Trend-in məlumatına görə, bunu "Reuters" agentliyinə müsahibəsində "SOCAR Trading"in baş icraçı direktoru Arzu Əzimov deyib.

Gəmilər Aralıq və Xəzər dənizlərində işləyəcək.

A.Əzimov bildirib ki, ötən ay bağlanan razılaşma çərçivəsində SOCAR iki ədəd 140 min ton tutumluq "Suezmax" və 5 ədəd 80 min tutumluq "Aframax" tipli neft tankeri alıb.

AİA.az
Geri dön