Ana Sayfa > Özəl > YAP Laçın rayon təşkilatı tədbir keçirib
YAP Laçın rayon təşkilatı tədbir keçiribBu gün, 19:58. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının tədbirlər planına uyğun olaraq, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, unudulmaz alim Zərifə xanım Əliyevanın və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan bəhs edərək, onun Azərbaycan tibb elminin, xüsusilə oftalmologiya sahəsinin tərəqqisindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva dünya miqyaslı elmi nailiyyətləri ilə yanaşı, həm də yüksək mənəviyyata malik olan əsl Azərbaycan qadını, mehriban ana və Ulu Öndər Heydər Əliyevin ən sadiq silahdaşı olmuşdur. Çıxışlarda onun Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi dünya səviyyəli dövlət xadiminin yetişməsindəki müstəsna rolu xüsusi vurğulanmışdır. Tədbir iştirakçıları gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda formalaşmasında akademik Zərifə xanım Əliyevanın irsinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, onun işıqlı xatirəsinin qəlblərdə daim yaşayacağını qeyd etmişlər. Geri dön |