Ana Sayfa > Siyasət > Azərbaycan-Ukrayna əlaqələri uğurla inkişaf edir
Azərbaycan-Ukrayna əlaqələri uğurla inkişaf edirBu gün, 17:09. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodymir Zelenskinin 25 aprel 2026-cı il tarixdə Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm siyasi təməllər üzərində inkişaf etdiyini və bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirdi. Ölkə başçısının qeyd etdiyi kimi, son dörd ildə Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi ikitərəfli münasibətlərin dinamik xarakter daşıdığını və yüksək siyasi dialoqun davamlı olduğunu göstərir. Bu görüşlərin müntəzəmliyi təsadüfi deyil, bu, iki ölkə arasında formalaşmış etimada, strateji tərəfdaşlıq ruhuna və qarşılıqlı maraqların uzlaşmasına əsaslanır. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan münasibətlərin mahiyyəti həmişə dostluq və əməkdaşlıq xüsusiyyəti daşıyıb. Hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib. Bu istiqamətdə addımlar atılıb, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış ediblər. Səfər çərçivəsində keçirilən görüşlərdə qarşılıqlı hörmət və anlayış ön planda oldu. Zelenski tərəfdaş ölkələrlə iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdi. Bu, regionda sabitliyin qorunması və inkişafın davamlı olması üçün mühüm zəmin yaradır. Liderlərin çıxışlarında diqqət çəkən əsas məqam onların sülh və dialoq çağırışları oldu. O, münaqişələrin yalnız qarşılıqlı anlaşma və diplomatik yollarla həll edilə biləcəyini vurğuladı. Bu yanaşma beynəlxalq arenada müsbət qarşılanaraq, liderin nüfuzunu daha da artırdı. Səfər zamanı əldə olunan razılaşmalar gələcək əməkdaşlıq üçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə təkan verəcək. Bu isə həm iqtisadi inkişaf, həm də sosial rifah baxımından əhəmiyyətli nəticələr vəd edir. Ümumiyyətlə, Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi xarakter daşımır və bu əlaqələr konkret hüquqi-siyasi baza üzərində qurulub. Hələ 2008-ci ildə dövlət başçıları səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə iki ölkə arasında münasibətlərin istiqamətini müəyyən edən əsas sənəd kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət kursu nəticəsində bu münasibətlər illər ərzində inkişaf edərək daha da möhkəmlənib. Zelenskinin səfəri də məhz bu davamlı xəttin növbəti mərhələsi kimi çıxış edir və göstərir ki, Bakı ilə Kiyev arasında əməkdaşlıq qısamüddətli siyasi proseslərdən asılı deyil, uzunmüddətli strateji maraqlara əsaslanır. Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız dostluq səviyyəsində deyil, dövlət maraqlarına xidmət edən çoxşaxəli strateji tərəfdaşlıq mərhələsindədir. Mehman Ramazanov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini Geri dön |