Ana Sayfa > Özəl > İrəvan sammiti ətrafında qalmaqal – Avropa liderlərinə “ləğv edin” çağırışı

İrəvan sammiti ətrafında qalmaqal – Avropa liderlərinə “ləğv edin” çağırışı


Bu gün, 12:00. Yazar: vasif


Ermənistanda fəaliyyət göstərən “HayaQue” vətəndaş birliyi Avropa İttifaqı ölkələrinə və əsas qurum rəhbərlərinə müraciət edərək İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin zirvə toplantısında iştirakın yenidən nəzərdən keçirilməsini istəyib.

Müraciətdə bildirilir ki, seçkilər ərəfəsində belə bir tədbirin keçirilməsi mövcud hakimiyyətə – xüsusilə baş nazir Nikol Paşinyana siyasi dəstək kimi qiymətləndirilə bilər və bu, ölkə daxilində siyasi balansı poza bilər.

Qeyd olunur ki, Ermənistan hazırda həm daxili siyasi gərginlik, həm də xarici təhlükəsizlik problemləri ilə üz-üzədir və beynəlxalq aktorların atacağı addımlar həssaslıqla seçilməlidir.

Buna baxmayaraq, Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısının İrəvanda keçirilməsi artıq planlaşdırılıb. Tədbirdə bir sıra Avropa liderlərinin iştirakı gözlənilir və paralel olaraq Aİ–Ermənistan görüşləri də təşkil olunacaq.

Müşahidəçilər hesab edir ki, bu sammit regionda siyasi proseslərə təsir edə biləcək mühüm hadisə kimi diqqət mərkəzində qalacaq.
Geri dön