Ana Sayfa > Özəl > Ermənistan kəndi Gürcüstana verir? – İrəvandan rəsmi təkzib

Ermənistan kəndi Gürcüstana verir? – İrəvandan rəsmi təkzib


Bu gün, 11:00. Yazar: vasif


Ermənistan hökuməti Ciliza kəndinin Gürcüstana verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, bu iddialar tamamilə əsassızdır və Ermənistan ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı heç bir plan mövcud deyil.

Son günlər bəzi media orqanlarında sərhəd demarkasiyası çərçivəsində həmin kəndin Gürcüstana keçə biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin rəsmi İrəvan bunu şayiə adlandıraraq rədd edib.

Qeyd olunub ki, Ermənistan–Gürcüstan sərhəd demarkasiya prosesi əvvəlcədən razılaşdırılmış prinsiplər əsasında davam etdirilir və mövcud status-kvoda dəyişiklik yoxdur.
Geri dön