Ana Sayfa > Özəl > Qrossidən nüvə SOS-si – dünya yenidən fəlakət riskinə yaxınlaşır
Qrossidən nüvə SOS-si – dünya yenidən fəlakət riskinə yaxınlaşırBu gün, 18:34. Yazar: vasif |
![]() Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi dünyada nüvə təhlükəsinin Soyuq Müharibə dövründən bəri ən yüksək səviyyəyə çatdığını bildirib. O qeyd edib ki, müasir dünya daha çox nüvə gücünə sahib aktorlar, artan risklər və zəifləyən beynəlxalq nəzarət mexanizmləri ilə üz-üzədir. Qrossi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin qorunmasını qlobal təhlükəsizlik üçün əsas şərt adlandırıb. Mövzu ilə bağlı ekspertlər də xəbərdarlıq edirlər ki, dünyada artan hərbi qarşıdurmalar və geosiyasi gərginliklər nüvə silahından istifadə riskini nəzəri səviyyədən real təhlükə mərhələsinə yaxınlaşdırır. Analitiklər bildirir ki, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik və böyük güclər arasında artan rəqabət beynəlxalq sabitliyi zəiflədir və “soyuq müharibə” dövrünü xatırladan yeni təhlükəli balans yaradır. Nəticə olaraq, ekspertlər vurğulayır ki, nüvə eskalasiyasının qarşısını almaq üçün qlobal siyasi iradə və diplomatik razılaşmaların gücləndirilməsi qaçılmazdır. Geri dön |