Ana Sayfa > Ölkə > Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildiBu gün, 13:36. Yazar: Subhan |
![]() "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə aia.az-a səhmdar cəmiyyətindən bildirilib. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. aia.az Geri dön |