Ana Sayfa > Siyasət > Tramp Ermənistan vətəndaşının oğluna vəzifə verdi
Tramp Ermənistan vətəndaşının oğluna vəzifə verdi13-03-2017, 10:35. Yazar: admin |
Con Hantsman ABŞ prezidenti Donald Trampın bu ölkənin Rusiyadakı səfiri olmaq təklifini qəbul edib.Yuta ştatının sabiq qubernatoru Respublikaçı Hanstman keçmiş prezident Barak Obamanın dövründə 2009-2011-ci ildə Çində səfir işləyib. Onun atası Con Hantsman ermənipərəst fəaliyyəti ilə seçilir. O, 1988-ci ildə Spitak zəlzələsindən sonra Ermənistana kömək edib. O, öz ailəsi ilə birgə 25 il ərzində 46 dəfə Ermənistanda olub. Ata Con Hantsman məktəb və xəstəxanaların tikintisi üçün ümumilikdə Ermənistana 50 milyon dollar dəyərində vəsait ianə edib. Onun təqaüdləri hesabına xeyli erməni Yuta universitetində təhsil alıb. Ata Con Hantsmana Ermənistan vətəndaşlığı verilib və ona iki şərəf ordeni ilə təltif edilib.(azvision) AİA.az Geri dön |