Ana Sayfa > Dünya > "Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırdı

"Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırdı


Bu gün, 15:33. Yazar: Subhan
"Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırdı

Şiə "Hizbullah" hərəkatının baş katibi Şeyx Naim Qasim Livan hökumətini İsrail ilə birbaşa danışıqlara son qoymağa çağırıb.

aia.az xəbər verir ki, o, bu barədə bəyanat yayıb.

Qasım vurğulayıb ki, Livan hökumətinin məsuliyyəti İsrail ilə birbaşa danışıqları dayandırmaqdır.

"Hakimiyyət milli maraqları birinci yerə qoymalı və Hizbullah döyüşçülərini qanunsuz elan edən 2 mart tarixli rüsvayçı qərarı ləğv etməlidir", - bəyanatda qeyd olunub.

O, hökuməti Amerika-İsrail sui-qəsdinə qarşı çıxmaq üçün daxili konsolidasiyanı gücləndirmək məqsədilə dialoqa çağırıb.

aia.az
Geri dön