Ana Sayfa > Özəl > Pakistan–İran arasında yeni tranzit dəhlizi açıldı – region ticarətində yeni mərhələ

Pakistan–İran arasında yeni tranzit dəhlizi açıldı – region ticarətində yeni mərhələ


Bu gün, 14:00. Yazar: vasif


Pakistan hökuməti İranla ticarət əlaqələrini genişləndirən mühüm qərar qəbul edərək yeni tranzit rejimini qüvvəyə mindirib.

“İranla tranzit ticarəti 2026” adlı yeni qaydalara əsasən, üçüncü ölkələrdən gələn yüklərin Pakistan ərazisindən keçərək İrana çatdırılmasına rəsmi icazə verilir. Bu addım iki ölkə arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyır.

Məlumata görə, qərar həm Pakistanın logistika imkanlarını gücləndirəcək, həm də İranın xarici ticarət axınını asanlaşdıracaq. Xüsusilə regional sanksiyalar və iqtisadi məhdudiyyətlər fonunda bu mexanizm Tehran üçün alternativ ticarət marşrutu rolunu oynaya bilər.

Ekspertlər bu təşəbbüsü Cənubi və Mərkəzi Asiyada nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi baxımından strateji addım kimi dəyərləndirirlər. Hazırda sərhəd-keçid məntəqələrində yeni qaydalara uyğun hazırlıq işləri aparılır.
Geri dön