Ana Sayfa > Parlament > Zahid Orucdan lizinq şirkətləri ilə bağlı

Zahid Orucdan lizinq şirkətləri ilə bağlı


Bu gün, 12:55. Yazar: Subhan
Zahid Orucdan lizinq şirkətləri ilə bağlı

Milli Məclisdə çıxış edən Zahid Oruc lizinq sektorunun ölkədəki mövcud vəziyyətini tənqid edib və bir sıra təkmilləşdirmə təklifləri səsləndirib.

aia.az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycanda lizinq fəaliyyəti əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır, halbuki beynəlxalq təcrübədə bu mexanizm sənaye avadanlıqları, tikinti, logistika və İKT sahələrində də geniş tətbiq olunur.

Deputatın sözlərinə görə, əsas problemlərdən biri lizinq xidmətlərinə çıxışın bütün sahibkarlar üçün bərabər olmamasıdır. Xüsusilə mikro və kiçik sahibkarlar prosedurların çətinliyi və məlumat çatışmazlığı ilə üzləşirlər.

O həmçinin lizinq müqavilələri barədə maarifləndirmənin zəif olduğunu vurğulayıb və sahibkarların bu maliyyə alətinin üstünlükləri barədə daha çox məlumatlandırılmasının vacibliyini qeyd edib.

Beynəlxalq təcrübəyə toxunan Oruc Avropa ölkələrində və Özbəkistanda lizinqin iqtisadiyyatda daha geniş və bank sektoru ilə inteqrasiya olunmuş şəkildə tətbiq olunduğunu bildirib.

Sonda o, aşağıdakı əsas təklifləri irəli sürüb:

- lizinq əməliyyatlarına vergi güzəştlərinin tətbiqi,

- mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş mexanizmlərin yaradılması,

- regionlarda prosedurların əlçatanlığının artırılması,

- istehlakçı hüquqlarının gücləndirilməsi,

- dövlət-özəl tərəfdaşlığı və risk paylaşma fondlarının genişləndirilməsi.

Çıxış edən deputat ümumilikdə layihənin iqtisadi artıma və investisiya mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini bildirib və sənədə dəstək verəcəklərini qeyd edib.


aia.az
Geri dön