Ana Sayfa > Dünya > Rubio qəsdən İran danışıqlarından kənarda qalmağa çalışır
Rubio qəsdən İran danışıqlarından kənarda qalmağa çalışırBu gün, 12:12. Yazar: vasif |
|
ABŞ dövlət katibi Marko Rubio Pakistanda keçirilən İran danışıqlarında iştirak etməkdən qəsdən imtina etmiş ola bilər. aia.az xəbər verir ki, bu ehtimalla Financial Times (FT) qəzeti çıxış edib. Qəzet Rubionun Amerika nümayəndə heyətinin İslamabada hər iki səfərində iştirak etmədiyini vurğulayıb. Qəzetin Harvard Universitetinin professoru Stiven Uolta istinadən verdiyi məlumata görə, dövlət katibi sadəcə adının İranla münaqişədəki məğlubiyyətlə əlaqələndirilməsini istəmir. Son həftələrdə Rubionun Respublikaçılar Partiyası daxilində nüfuzu böyük sürətlə artır. Onun Donald Trampdan sonra partiyanın prezidentliyə namizədi olmaq şanslarının da sürətlə gücləndiyi keçirilən sorğulardan hiss olunur. Koordinasiya etdiyi Venesuela əməliyyatındakı uğurlu nəticə, həmçinin Kubaya qarşı addımların müsbət nəticələr verməsi Rubionun nüfuzunun artmasının əsas səbəbləri sırasındadır. Geri dön |