Ana Sayfa > Ölkə > İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
İntensiv yağış yağacaq, çaylardan sel keçəcək - SON DƏQİQƏ XƏBƏRDARLIĞIBu gün, 18:03. Yazar: vasif |
![]() Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Geri dön |