Ana Sayfa > Ölkə > Şirvanda çətənə kolları yetişdirməkdə şübhəli bilinən iki nəfər tutulub

Şirvanda çətənə kolları yetişdirməkdə şübhəli bilinən iki nəfər tutulub


Bu gün, 11:31. Yazar: vasif
Şirvanda çətənə kolları yetişdirməkdə şübhəli bilinən iki nəfər tutulub




Şirvan Şəhər Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şəhriyar Aslanlı və Salman Həsənov saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 52 ədəd çətənə kolu aşkarlanıb.
Ş.Aslanlı və S.Həsənovun çətənə kollarını ötən ay əkərək xüsusi qulluq göstərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Geri dön