Ana Sayfa > Şou-biznes > “Qadınların imkanlı kişiyə ərə gedib, sevgili və ya məşuqə olmasının əsl səbəbi budur...”

“Qadınların imkanlı kişiyə ərə gedib, sevgili və ya məşuqə olmasının əsl səbəbi budur...”


Bu gün, 11:35. Yazar: vasif


“Bir çox qadının imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyinin səbəbi gözəl görünməkdir”.

Bu sözləri müğənni Nura Suri deyib. Müğənni qeyd edib ki, əksər qadınlar sevilmək üçün standartlara uyğun, baxımlı görünməyə çalışır və bunun üçün isə xarici görünüşünə pul xərcləməlidir:

“Saç boyası, üz baxımı, kirpik qaynağı, qaş tatusu, gel dırnaqlar, hər gün dəyişən dəbə uyğun görünmək üçün müxtəlif prosedurlar, hətta plastik əməliyyatlar və sair. Bu, çox vaxt sistemin qadına dolayı yolla diktə etdiyi yaşamaq strategiyasıdır. Çünki bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. Və o valyutanı qorumaq üçün pul lazımdır.

Problem ondadır ki, bu standartları yaradan da, böyüdən də elə cəmiyyətin özüdür. Kişilərin zövqü də illərlə süni şəkildə bu “ideal görünüşə” uyğun formalaşdırılıb. Bəyəndikləri qadın tipi reklamlarla, sosial şəbəkələrlə, filtr və vizual manipulyasiyalarla onların gözünə yeridilib. Qadın isə sevilmək və seçilmək üçün bu oyunun qaydalarına uyğunlaşmağa məcbur qalır, bütün bu prosedurlara külli miqdarda və davamlı şəkildə pul xərcləyirlər.

Beləliklə, zəncirvari bir vəziyyət yaranır: sevilmək üçün gözəl görünmək lazımdır, gözəl görünmək üçün isə pul. Bu günün dəb standartlarına uyğun yaşamaq və görünmək üçün lazım olan vəsaiti qazanmaq isə çox çətindir.

Bu səbəbdən bir çox xanımın imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyi də bəzən məhz bu reallığın içindən yaranır. Bu sistemin qadınları necə bir seçim qarşısında qoyduğu açıq-aydın görünür. Kimdir günahkar, indi özünüz düşünün”.
Geri dön