Ana Sayfa > Siyasət > Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı

Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı


Dünən, 22:13. Yazar: vasif


Çexiyanın baş naziri Andrey Babiş və onu müşayiət edəcək rəsmi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

aia.az-ın məlumatına görə, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyi açıqlama yayıb.

Bildirilir ki, səfər 26–28 aprel 2026-cı il tarixlərini əhatə edəcək.

Gözlənilir ki, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əməkdaşlıq, enerji və digər mühüm sahələr üzrə müzakirələr aparılacaq.
Geri dön