Ana Sayfa > Dünya > Qırğızıstan Rusiyanın güdazına gedir - Aİ ona da sanksiya tətbiq edib
Qırğızıstan Rusiyanın güdazına gedir - Aİ ona da sanksiya tətbiq edibDünən, 21:41. Yazar: vasif |
|
Rusiyaya qarşı 20-ci sanksiya paketinin bir hissəsi olaraq, Aİ ilk dəfə qanun pozuntusuna qarşı mübarizə vasitəsini aktivləşdirib və Qırğızıstana qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyasının bu barədə yaydığı bəyanatda bildirilir ki, Aİ Rusiyaya təkrar mal ixrac edən üçüncü ölkələrin Aİ sanksiyalarını sistematik şəkildə pozması hallarını görməZliyə vurmayacaq. “Bu gün Aİ sanksiya əleyhinə mübarizə vasitəsini Qırğızıstan Respublikasının Rusiyada Aİ-dən idxal edilən və pilotsuz uçuş aparatları və raketlərin istehsalı üçün istifadə olunan müəyyən dəzgahların və telekommunikasiya avadanlıqlarının satışının, təchizatının, ötürülməsinin və ya ixracının qarşısını almaq tələblərinə sistematik və dəfələrlə əməl etməməsi səbəbindən aktivləşdirib", - bəyanatda bildirilir. Qırğızıstana ixrac qadağası rəqəmsal nəzarət altında olan bütün avadanlıqları və radio avadanlıqlarını əhatə edir. Aİ Şurası qeyd edib ki, bu qərar ticarət məlumatlarının hərtərəfli təhlilindən sonra qəbul edilib və bu da Qırğızıstan vasitəsilə Rusiyaya ümumi, yüksək prioritetli malların təkrar ixracında əhəmiyyətli artım olduğunu göstərir. Aİ həmçinin Qırğızıstanda daha dörd bankla əməliyyatlara qadağa qoyub. 2025-ci ilin oktyabr ayında Qırğızıstanın Avrasiya Əmanət Bankı və “Tolubay” bankları Aİ-nin sanksiya siyahısına əlavə edilib. Qırğızıstan hakimiyyəti hələ Aİ-nin qərarı ilə bağlı şərh verməyib. 2025-ci ilin avqust ayında isə “Kabar” agentliyinə verdiyi müsahibədə Qırğızıstan prezidenti Sadır Japarov ölkə ərazisindən Rusiyaya sanksiyalı malların daşınması ilə bağlı "bir dənə də olsun" faktın olmadığını bildirmişdi. "Əgər belə bir hal olsaydı, bizə qarşı iddia qaldıran ölkələr dəlil təqdim edərdilər. Belə bir məsələ mövcud deyil. Əksinə, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin onunla birbaşa milyardlarla dollar məbləğində əməkdaşlıq etdiyini sübut edən faktlar var", president demişdi. Geri dön |