Ana Sayfa > İqtisadiyyat > Banklar dollar satışını 3 dəfədən çox azaldıb

Banklar dollar satışını 3 dəfədən çox azaldıb


11-03-2017, 14:07. Yazar: admin
Banklar dollar satışını 3 dəfədən çox azaldıb

2017-ci ilin yanvar ayında Azərbaycan bankları 121,52 milyon dollar satıblar.
Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş hesabatda qeyd olunur.
Əvvəlki aylarla nisbətdə dollar satışı 11,7 faiz, 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb.
2017-ci ilin yanvarında banklar 58,24 milyon dollar alıblar ki, bu göstərici 2016-cı ilin dekabr göstəricisindən 2 dəfə, ötən ilin yanvar göstəricisindən isə 3,8 dəfə azdır.


AİA.az
Geri dön