Ana Sayfa > Özəl > Azərbaycanda hərbi təlimlərə kimlər çağırılacaq?

Azərbaycanda hərbi təlimlərə kimlər çağırılacaq?


Bu gün, 12:00. Yazar: vasif


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən planlı hərbi təlimlər çərçivəsində ehtiyatda olan hərbi qulluqçuların toplanışı davam etdirilir. Bu prosesin məqsədi ordunun döyüş hazırlığının gücləndirilməsi və ixtisaslı kadrların təkmilləşdirilməsidir.

Hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, hərbi təlimlər bütün ordularda tətbiq olunan normal praktika hesab olunur və əsasən ehtiyac olan ixtisaslar üzrə kadrlar cəlb edilir. Onun sözlərinə görə, ali təhsilli və hərbi xidmət keçmiş şəxslər daha çox prioritet təşkil edir.

Ekspert vurğulayıb ki, təlimlər ixtisasların təkmilləşdirilməsi, əvvəlki biliklərin gücləndirilməsi və ordunun ümumi hazırlıq səviyyəsinin artırılması məqsədi daşıyır. Eyni zamanda çağırışlar kütləvi deyil, konkret ehtiyac əsasında aparılır.

Qeyd olunur ki, hər bir vətəndaş mərhələli şəkildə bu prosesə cəlb oluna bilər və xüsusi imtiyazlar nəzərdə tutulmur. Məqsəd ölkənin müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamaqdır.

Hərbi təlimlər genişmiqyaslı səfərbərlik deyil, ehtiyat qüvvələrin hazırlığının artırılması və ordunun peşəkar səviyyəsinin gücləndirilməsi məqsədi daşıyır.
Geri dön