Ana Sayfa > Özəl > İrəvanda bayraq qalmaqalı: Bakı sərt tələb irəli sürdü, təxribatçılar mütləq cəzalandırılmalıdır
İrəvanda bayraq qalmaqalı: Bakı sərt tələb irəli sürdü, təxribatçılar mütləq cəzalandırılmalıdırBu gün, 11:00. Yazar: vasif |
|
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın paytaxtı İrəvanda keçirilən “məşəl yürüşü” zamanı Türkiyə bayrağının yandırılmasını sərt şəkildə pisləyib və bu hərəkətin ciddi təxribat olduğunu bildirib. Qurumun açıqlamasında qeyd olunub ki, belə addımlar nifrət mühitini gücləndirir və sülh prosesinə zərbə vurur. Ermənistan hökumətinin isə bu hadisəyə qarşı vaxtında və effektiv tədbir görməməsi tənqid edilib. Hüquqşünas Çingiz Qənizadə də məsələyə münasibət bildirərək, hadisəni radikal qrupların təxribatı kimi qiymətləndirib. Onun sözlərinə görə, xüsusilə “Daşnaksütyun” kimi qüvvələrin təşkil etdiyi aksiyalarda nifrət çağırışları və təxribatçı hərəkətlər müşahidə olunur. Qənizadə hesab edir ki, bayraq yandırılması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır və həmin şəxslər Ermənistan qanunvericiliyinə uyğun olaraq cəzalandırılmalıdır. O, həmçinin İrəvanın rəsmi mövqeyini müəyyən dərəcədə müsbət qiymətləndirərək, lakin real hüquqi addımların vacibliyini vurğulayıb. Bakı bu hadisəni ciddi təxribat kimi qiymətləndirir və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir. Geri dön |