Ana Sayfa > Dünya > İranda gərginlik artır: Müctəba Xamenei ilə bağlı sensasion xəbərlər gəlir
İranda gərginlik artır: Müctəba Xamenei ilə bağlı sensasion xəbərlər gəlirDünən, 22:41. Yazar: vasif |
|
İranda ali hakimiyyət çevrələrində təhlükəsizlik narahatlığı dərinləşir. aia.az xəbər verir ki, The New York Times nəşrinin yaydığı məlumata görə, SEPAH komandirləri və yüksək vəzifəli iranlı rəsmilər Müctəba Xameneini ziyarət etməkdən çəkinirlər. Buna səbəb kimi İsrailin onların yerini müəyyən edib hədəf ala biləcəyi ehtimalı göstərilir. Nəşrin yazdığına görə, Müctəba Xamenei ağır yaralansa da, şüuru yerindədir və aktivliyini qoruyur. Məlumatda bildirilir ki, ona bir neçə dəfə cərrahi əməliyyat aparılıb – xüsusilə ayağında üç dəfə əməliyyat keçirildiyi və protez gözlədiyi qeyd olunur. Eyni zamanda qolundan da əməliyyat olunduğu və funksiyalarının tədricən bərpa edildiyi vurğulanır. Üz və dodaq nahiyəsində ciddi yanıq izlərinin olduğu, bunun isə danışıq qabiliyyətinə təsir etdiyi qeyd edilir. Gələcəkdə plastik cərrahiyyəyə ehtiyac duyacağı bildirilir. Qeyd olunur ki, İran prezidenti Məsud Pezeşkian və səhiyyə naziri onun müalicəsində iştirak ediblər. Eyni zamanda vurğulanır ki, Müctəba Xamenei ilk ictimai çıxışında zəif görünmək istəmədiyi üçün hələlik video və ya audio müraciət etməyib. Bunun əvəzinə onun yazılı bəyanatları yayılır və dövlət televiziyası vasitəsilə oxunur.musavat.com Geri dön |