Ana Sayfa > Dünya > İrəvanda gərginlik artır: Paşinyan–Ter-Petrosyan qarşıdurması
İrəvanda gərginlik artır: Paşinyan–Ter-Petrosyan qarşıdurmasıDünən, 22:14. Yazar: vasif |
|
Ermənistanda siyasi gərginlik yenidən yüksəlir. Baş nazir Nikol Paşinyan ilə ölkənin birinci prezidenti Levon Ter-Petrosyan arasında söz savaşı açıq qarşıdurma mərhələsinə keçib. aia.az xəbər verir ki, Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan Paşinyanın səsləndirdiyi fikirlərə sərt və istehzalı reaksiya verib. O bildirib ki, səsləndirilən iddiaları şərh etmək üçün “Ermənistanın siyasi həyatını az da olsa bilən istənilən həkim kifayətdir”. Qeyd edək ki, Paşinyan aprelin 23-də jurnalistlərə açıqlamasında Ter-Petrosyanı ARF Daşnaksütyunun “gizli adamı” adlandırıb, onun digər fəaliyyətlərini isə “siyasi oyun” kimi qiymətləndirib. Baş nazir həmçinin onu həmin siyasi xəttin “ən uğursuz nümayəndəsi” adlandırıb. Bununla yanaşı, Paşinyan Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin qarşıdan gələn seçkilərdə real şansının olmadığını da vurğulayıb. Geri dön |