Ana Sayfa > Gündəm / Özəl > Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib


Bu gün, 16:09. Yazar: azer
Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Novruzəli Aslanov 23 aprel 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb.

aia.az xəbər verir ki, bu dəfəki qəbul rayonun iki kəndində baş tutub. Günün birinci yarısında deputat Qubaxəlilli kəndində sakinlərlə görüşüb. Günün ikinci yarısında isə Gəraybəyli kəndində qəbul keçirilib.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Qubaxəlilli və Gəraybəyli kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Geri dön