Ana Sayfa > Özəl > ABŞ-dən təcili çağırış: “Livanı dərhal tərk edin”

ABŞ-dən təcili çağırış: “Livanı dərhal tərk edin”


Bu gün, 18:34. Yazar: vasif


ABŞ səfirliyi Livandakı vətəndaşlarına müraciət edərək ölkədə təhlükəsizlik vəziyyətinin sürətlə dəyişə biləcəyi barədə ciddi xəbərdarlıq edib. Səfirlik bildirib ki, mövcud şərait qeyri-sabitdir və risklər qısa müddətdə artaraq nəzarətdən çıxa bilər.

Açıqlamada vurğulanır ki, Livan ərazisində olan ABŞ vətəndaşları kommersiya uçuşları hələ mövcud olduğu müddətdə ölkəni tərk etməlidirlər. Diplomatlar vəziyyətin “mürəkkəb və dəyişkən” olduğunu qeyd edərək, ehtiyatlı davranmağın vacibliyini ön plana çəkiblər.

Xəbərdarlıq İsrail ilə Livan arasında davam edən müvəqqəti atəşkəs fonunda edilsə də, regionda gərginliyin tam aradan qalxmadığı bildirilir. Bu isə yaxın günlərdə vəziyyətin yenidən kəskinləşə biləcəyi ehtimalını gündəmdə saxlayır.
Geri dön