Ana Sayfa > Özəl > Qriqoryandan sülh mesajı - “Etimad əsasdır, kommunikasiyalar açılmalıdır”
Qriqoryandan sülh mesajı - “Etimad əsasdır, kommunikasiyalar açılmalıdır”Bu gün, 19:00. Yazar: vasif |
|
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçirilən Delfi İqtisadi Forumu çərçivəsində çıxışı zamanı Azərbaycan–Ermənistan münasibətləri ilə bağlı mühüm açıqlamalar verib. O bildirib ki, iki ölkə arasında formalaşan sülh prosesi qarşılıqlı etimada əsaslanır və bu istiqamətdə atılan addımların institusional çərçivəyə salınması vacibdir. Qriqoryanın sözlərinə görə, davamlı sabitlik yalnız etimadın möhkəmləndirilməsi ilə mümkündür. Rəsmi nümayəndə həmçinin regionda kommunikasiyaların açılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, əldə olunmuş razılaşmaların icrası yeni iqtisadi imkanlar yaradır və Cənubi Qafqazda əməkdaşlıq mühitini gücləndirə bilər. Qriqoryanın çıxışı göstərir ki, rəsmi İrəvan sülh prosesinin davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirməyə çalışır və bu prosesin iqtisadi tərəflərinə xüsusi önəm verir. Geri dön |