Ana Sayfa > Özəl > İŞİD yenidən fəallaşır: Suriyada boşluq terror üçün yeni fürsətə çevrilir
İŞİD yenidən fəallaşır: Suriyada boşluq terror üçün yeni fürsətə çevrilirBu gün, 18:00. Yazar: vasif |
|
Suriyanın şərqində yerləşən Deyr-əz-Zor, Rəqqa və Hesəkə bölgələrini əhatə edən Cəzirə zonası yenidən terror təhlükəsinin mərkəzinə çevrilməkdədir. Məlumatlara görə, İŞİD bölgədəki siyasi və təhlükəsizlik boşluğundan istifadə edərək fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə ABŞ qüvvələrinin bölgədən qismən geri çəkilməsi və Suriya Demokratik Qüvvələri ilə rəsmi Dəməşq arasında inteqrasiya prosesində yaranan ziddiyyətlər terror qruplaşması üçün əlverişli şərait yaradıb. Bu boşluqdan yararlanan İŞİD lokal hücumlar və təbliğat fəaliyyətlərini artırır. Analitiklər qeyd edir ki, qruplaşma əsasən qaçqın düşərgələrində və sosial baxımdan həssas ərazilərdə aktivləşərək yeni tərəfdarlar toplamağa çalışır. Yerli qəbilələr arasında mərkəzi hakimiyyətə qarşı narazılıq və qorxu da bu prosesdə istifadə olunan əsas amillərdəndir. Beynəlxalq müşahidəçilərin fikrincə, bölgədə sabitliyin tam bərpa olunmaması və müxtəlif güclər arasında koordinasiya çatışmazlığı İŞİD-in tam məhv edilməsinin qarşısını alır. Mövcud vəziyyət isə göstərir ki, təşkilat əvvəlki gücündə olmasa da, Suriyada təhlükəsizlik üçün ciddi risk olaraq qalmaqda davam edir. Geri dön |