Ana Sayfa > Gündəm > QHT Şurasından jurnalistə CAVAB: “Niyyət başqadır”
QHT Şurasından jurnalistə CAVAB: “Niyyət başqadır”11-03-2017, 13:21. Yazar: admin |
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov jurnalist Həbibə Abdullanın iddialarına cavab verib. Modern.az xəbər verir ki, F.Qurbanov Həbibə Abdullanın Şuraya ünvanladığı sorğuya rəsmən cavab verdiyini açıqlayıb: “Xüsusilə vurğuladım ki, Şuranın 2013-cü ildəki alqı-satqıları arasında 6249 manatlıq sifarişin fiziki şəxs olaraq mənim tərəfimdən icra olunması haqqındakı iddia yumşaq desək, həqiqətə uyğun deyil. Çünki istənilən ciddi adam bilir ki, qurumun maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edən şəxs heç vaxt həm sifarişçi, həm də icraçı qismində çıxış edə bilməz. Bu nə praktiki, nə də hüquqi baxımdan mümkün deyil. Hətta mümkün olsa belə, heç kim bu cür ağılsız addım atmaz və özünü 6 min manata görə risk altında qoymaz. Həbibə Abdulla ilə söhbətimdə bir daha izah etdim ki, belə bir fakt mövcud deyil və mənim adıma nə bank hesabı, nə də VÖEN yoxdur. İstəsə Vergilər Nazirliyinə sorğu göndərib bu “fakt”ı dəqiqləşdirə bilər. Lakin təəssüflər olsun ki, Həbibə Abdulla yenə də verdiyim rəsmi açıqlamaya məhəl qoymadı və mənim adımı hallandıraraq yenə də yalan məlumatı təkrarlamaqda davam etdi. Sonra deyir ki, “sizin əməkdaşlar mənə reket deyir”. Vallah, bu faktdan sonra mən daha bilmirəm ona nə deyim. Yenə də Şuranın ictimai məsuliyyətini və jurnalistlərin informasiya əldə etmək hüququnu nəzərə alaraq, onun suallarına rəsmən cavab verdim. Görünür burada niyyət başqadır”. Qurum rəsmisi deyib ki, Həbibə Abdullanın Şuranın sədri Azay Quliyevi məqsədyönlü şəkildə hədəf seçməyi bəzi mətləblərdən xəbər verir: “Ona görə ki, Şura haqqında bu qədər araşdırma aparmağa həvəsli olan Həbibə xanım bilməmiş deyil ki, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinə şuranın sədri yox, katibliyin icraçı direktoru rəhbərlik edir və bu sahəyə məsuliyyət daşıyır. Düşünürəm ki, onun, bunu bilə-bilə Azay Quliyevin adını təkrar-təkrar və yeri gəldi-gəlmədi hallandırması kiminsə sifarişini icra etdiyinə dair ciddi şübhələr yaradır. Məsləhətim odur ki, bu mövzuda kimin nə sualı varsa aidiyyatı üzrə mənə ünvanlasın. Mən bütün suallara cavab verməyə hazıram”. AİA.az Geri dön |