Ana Sayfa > Dünya > NATO sammitinə Türkiyə ev sahibliyi edəcək
NATO sammitinə Türkiyə ev sahibliyi edəcəkBu gün, 11:42. Yazar: Subhan |
![]() Türkiyənin paytaxtı Ankara 7–8 iyul tarixlərində NATO sammitinə ev sahibliyi edəcək. aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Bürhanəddin Duran bildirib. Onun sözlərinə görə, Ankara sammiti sadəcə diplomatik görüş deyil, qlobal təhlükəsizlik arxitekturasının gələcəyini müəyyən edəcək kritik mərhələdir: “Ölkəmiz geostrateji mövqeyi, güclü alyans şüuru və böhranların idarə olunmasında effektiv rolu sayəsində transatlantik təhlükəsizlikdə mərkəzi yer tutmaqdadır. Türkiyə NATO liderlərini qəbul etməklə sülh, sabitlik və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətini bir daha nümayiş etdirəcək”. aia.az Geri dön |