Ana Sayfa > Şou-biznes > "Atam küçədə yıxılıb, heç kim ona yardım etməyib"

"Atam küçədə yıxılıb, heç kim ona yardım etməyib"


Dünən, 21:21. Yazar: vasif


Şair Nazilə Səfərli mərhum atasından və onun xəstəliyindən danışıb.

aia.az xəbər verir ki, "Günorta efirdəyik" proqramında qonaq olan N.Səfərli onun küçədə yıxıldığını və heç kimin yardım etmədiyini bildirib:

"Gözü görməyib və atam küçədə daşa ilişib yıxılıb, yarım saat qalıb bir insan ona yaxınlaşıb kömək etməyib. Qalxıb, kənardakılara deyib, siz nə qədər qəddar insanlarsınız. Tipimdə əyyaşlıq yoxdur ki... Bir insan qolumdan tuta bilərdi. Həkimə gedib, ona heç nə deməyiblər. Həkim bizə zəng etdi ki, atanızı filan yerə aparın. Artıq proses gedirmiş. Atamın gəncliyindən bir gözü yox idi, şüşə idi. Biz heç vaxt atamın gözünə baxmırdıq. Beynindəki şiş də onun görən gözünü tutubmuş, zəifləyib".
Geri dön