Ana Sayfa > Cəmiyyət > Nişanlısını öldürüb, baldızını bıçaqlayan şəxs tutuldu

Nişanlısını öldürüb, baldızını bıçaqlayan şəxs tutuldu


11-03-2017, 12:34. Yazar: admin
Nişanlısını öldürüb, baldızını bıçaqlayan şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Binə qəsəbəsində Bakı şəhər sakini İlahə Ağayevanı qətlə yetirməkdə, bacısı Rəhiməyə isə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini Nəcəf Məcidov tutulub.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayeva 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidovun nişanlısı olub.

AİA.az
Geri dön