Ana Sayfa > Siyasət / Manşet > Həmsədrlər İlham Əliyevin qəbulunda - Qarabağ müzakirə edildi

Həmsədrlər İlham Əliyevin qəbulunda - Qarabağ müzakirə edildi


11-03-2017, 12:32. Yazar: admin
Həmsədrlər İlham Əliyevin qəbulunda - Qarabağ müzakirə edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AzVision.az-ın xəbərinə görə, Rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AİA.az
Geri dön