Ana Sayfa > Özəl > Seçkiqabağı populizm yenidən alovlandı

Seçkiqabağı populizm yenidən alovlandı


Bu gün, 18:00. Yazar: vasif


Ermənistanda radikal müxalifət təmsilçiləri yenidən Qars müqaviləsini gündəmə gətirərək onun şərtlərinin “yenidən nəzərdən keçirilməsini” tələb ediblər. “Şant” blokunun rəhbəri Şahen Arutyunyan bu müqaviləni Ermənistanın maraqlarına zərər verən sənəd kimi təqdim edərək sərt ritorika ilə çıxış edib.

O, qarşıdan gələn seçkiləri ölkənin gələcək istiqamətini müəyyən edəcək “tarixi seçim” adlandıraraq, radikal çağırışlar səsləndirib. Arutyunyanın fikrincə, Ermənistan “sülh və ya mübarizə” arasında seçim etməlidir.

Tarixi sənəd olan Qars müqaviləsi isə 1921-ci ildə imzalanıb və regionun sərhədlərini müəyyən edən beynəlxalq razılaşma kimi tanınır.

Ekspertlərin fikrincə, bu cür açıqlamalar daha çox daxili siyasi auditoriyaya hesablanmış seçki ritorikasıdır və real hüquqi əsasdan uzaqdır. Analitiklər bildirirlər ki, Ermənistan cəmiyyətində məğlubiyyət sonrası yaranan siyasi gərginlik belə radikal bəyanatların tez-tez səslənməsinə səbəb olur.
Geri dön