Ana Sayfa > Özəl > 210 məhkəmə işi – sıfır nəticə, ciddi suallar artır
210 məhkəmə işi – sıfır nəticə, ciddi suallar artırBu gün, 18:16. Yazar: vasif |
|
Azərbaycanda müflisləşmə institutunun real iqtisadi mexanizm kimi işləməməsi hüquq və biznes mühitində ciddi suallar doğurur. Rəsmi məhkəmə statistikası göstərir ki, Kommersiya məhkəmələrində baxılan 210 müflisləşmə işi üzrə heç bir halda tələb təmin edilməyib. Bir çox işlərdə şirkətlər borclarını ödəyə bilmədiyini, fəaliyyətini dayandırdığını və aktivlərinin olmadığını bildirsə də, məhkəmələr ya müraciətləri icraata qəbul etmir, ya da iddiaları “əsassız” sayaraq rədd edir. Hüquqşünaslar bu vəziyyəti müflisləşmə institutunun faktiki olaraq işləməməsi kimi qiymətləndirir. Onların fikrincə, bu mexanizm Azərbaycanda nəzərdə tutulduğu funksiyanı – borcların qanuni şəkildə tənzimlənməsi və kreditorların qorunmasını təmin etmir. Ekspertlərin sözlərinə görə, inkişaf etmiş ölkələrdə müflisləşmə normal iqtisadi proses kimi qəbul olunur və minlərlə işə baxılır. Azərbaycanda isə bu institut daha çox formal xarakter daşıyır və praktikada tətbiqi zəifdir. Vəkillər bildirirlər ki, əsas problem yalnız qanunvericilikdə deyil, həm də yanaşma və icra mexanizmlərindədir. Borcluların əmlak gizlətməsi, prosesin düzgün idarə olunmaması və hüquqi məsuliyyətin zəif tətbiqi vəziyyəti daha da mürəkkəbləşdirir. Mütəxəssislər hesab edir ki, real dəyişiklik üçün yalnız yeni qanun kifayət etmir. Eyni zamanda hüquqi mədəniyyətin formalaşması və institutun praktik işlək mexanizmə çevrilməsi vacibdir. Geri dön |