Ana Sayfa > Təhsil > BŞTİ-də sektor müdiri təyin edildi
BŞTİ-də sektor müdiri təyin edildiBu gün, 10:44. Yazar: Subhan |
![]() Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib. aia.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova əmr imzalayıb. Əmrə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, P. Quliyeva bu təyinatadək Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb. aia.az Geri dön |