Ana Sayfa > Manşet / Siyasət > Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirdi -

Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirdi -


Bu gün, 10:02. Yazar: Subhan
Elçin Əmirbəyov Böyük Britaniyada görüşlər keçirdi -

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyada bir sıra görüşlər keçirib.

aia.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, E. Əmirbəyov Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Barbara Vudörd, Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Ed Leuelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə director Conatan Allan, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kristofer Allan, Parlamentin İcmalar Palatasının sədr müavini Nüsrət Qani, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən və bir sıra parlament üzvləri ilə görüşüb.

Bundan başqa, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edib.

E. Əmirbəyov nüfuzlu "The Guardian" və "Daily Express" nəşrlərinə müsahibə verib.

aia.az
Geri dön