Ana Sayfa > İqtisadiyyat > Azərbaycana turist axını azalıb
Azərbaycana turist axını azalıbBu gün, 18:59. Yazar: vasif |
![]() Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. aia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib. Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 %artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 % artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 % azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 % azalaraq 216,4 min nəfər olub. Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib. Yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 il əvvələ nisbətən 3,5 % azalaraq 452,6 min nəfər olub. Vətəndaşlarımızın 40,2 %-i Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çox), 15,6 %-i Rusiyaya (4 % az), 10,2 %-i Gürcüstana (11 % az), 9,3 %-i İrana (15,8 % az), 24,7 %-i isə digər ölkələrə (8,7 % az) gedib, gedənlərin 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib. Xariciə gedən vətəndaşlarının 69 %-i hava, 29 %-i dəmir yolu və avtomobil, 2 %-i isə dəniz nəqliyyatından istifadə edib. Geri dön |