Ana Sayfa > Karusel / Gündəm > Metro niyə dayanmışdı? -

Metro niyə dayanmışdı? -


Bu gün, 16:34. Yazar: Subhan
Metro niyə dayanmışdı? -

Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb.

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb:

"Bu səbəbdən də “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb".

aia.az
Geri dön