Ana Sayfa > Cəmiyyət / Karusel > Tələbə qız qəzanın qurbanı oldu - Foto

Tələbə qız qəzanın qurbanı oldu - Foto


11-03-2017, 11:49. Yazar: admin
Tələbə qız qəzanın qurbanı oldu - Foto

Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan tələbələ Lalə Nəsirzadə dünyasını dəyişib.
Səhiyyə nazirliyindən verilən məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin I kurs tələbəsi idi.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.(azvision)

AİA.az
Geri dön